Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 880 hərbçisini itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 212 030 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 17 zirehli döyüş maşını, 37 artilleriya sistemi, 299 ədəd helikopter Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Bizim.Media