Finlandiyadakı Rusiya səfirliyində çalışan, kəşfiyyat vəzifələrində işləmiş 9 nəfərin deportasiya olunması razılaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiya hökumət kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, buna səbəb onların hərəkətlərinin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd olması göstərilib.
İclasda həmçinin Rusiyanın Ukraynadakı müharibəsi və Avropa regionundakı təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Bizim.Media