“Ruslar Kaxovskaya Su Elektrik Stansiyasının bəndini partlatmaqla son onilliklərdə Avropada ən böyük texnogen ekoloji fəlakətə səbəb olublar”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Buxarest doqquzluğu" sammitinin iştirakçılarına müraciətində deyib.
"Təəssüf ki, artıq bir ildən çoxdur ki, Rusiya həm bəndə, həm də bütün Kaxovskaya SES-ə nəzarət edir. Onu hansısa şəkildə kənardan, yəni atəşə tutmaqla partlatmaq real görünmür. Kaxovskaya SES minalanıb. O, ruslar tərəfindən minalanıb və onlar tərəfindən partladılıb. Bu, son onilliklərdə Avropada baş verən ən texnogen ekoloji fəlakətdir”, - deyə Zelenski bildirib.
Bizim.Media