Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ordu generalı Musa Avsevəri ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi yayıb.
Avsevər Türkiyə Milli Müdafiə Nazirliyinə rəhbərlik edən Yaşar Güləri əvəzləyib.
Musa Avsevər bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı vəzifəsində çalışıb.
Bizim.Media