Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İbrahim Kalını Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, İbrahim Kalın 2018-ci ildən Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifələrində də çalışıb.
Bizim.Media