ABŞ Ticarət Nazirliyi 70-dən çox kompaniyaya ixrac məhdudiyyəti tətbiq edir, onların sırasına 69-u Rusiyadan olmaqla, Ermənistan və Qırğızıstan şirkətləri də daxildir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat nazirliyin Amerika Federal Reyestrinin saytında dərc olunmuş sənədində yer alıb.
Sənədə görə, ticarət nazirliyi kompaniyaların siyahısına 71 struktur əlavə etməklə, ixraca nəzarət qaydalarına dəyişiklik edir: “ABŞ administrasiyası hesab edir ki, bu kompaniyalar milli təhlükəsizlik maraqlarına və Birləşmiş Ştatların xarici siyasətinə zidd fəaliyyət göstərir".
Vaşinqton bu şirkətlərə həm ixrac, həm də təkrar ixrac məhdudiyyətləri qoyub.
Bizim.Media