Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilk dəfə olaraq Rusiya ərazisini tankdan atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə “Mash” nəşri yazıb.
İddialara görə, hərbi texnika Ukraynanın Belqorod vilayətinin sərhədində yerləşən Budarki kəndinə gətirilib.
Daha sonra Ukrayna hərbçiləri Belqorod vilayətinin Starıy Volokonovsk qəsəbəsinə doğru atəş açıblar.
“Ümumilikdə 12 mərmi atılıb. Tələfat və dağıntı yoxdur”, - nəşr qeyd edib.
Rusiya Müdafiə Nazirliyi bu vəziyyətlə bağlı açıqlama verməyib.
Bizim.Media