Mayın 18-də Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası çağırılacaq və bu iclasda Qərb ölkələrinin Ukraynaya silah tədarükü müzakirə ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa "Twitter"də yazıb.
“Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya müttəfiqlərimizin və tərəfdaşlarımızın Ukraynanın müdafiə qüvvələrinə silah tədarükünü pisləmək üçün bu həftə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edir”, - Sergey Kislitsa qeyd edib.
Bizim.Media