ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmasını istisna etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə "kommersant.ru" saytı yazıb.
Mənbə xatırladır ki, o, bir müddət öncə Rusiyanın müvafiq siyahıya salınmasının arzuolunmaz nəticələrə səbəb ola biləcəyini demişdi.
ABŞ Senatının Təxsisatlar Komitəsində dinləmələr zamanı Blinkenə belə bir sual verilib:
“Siz Rusiyanı heç vaxt terrorizmi himayə edən ölkələr siyahısına daxil etməyəcəksiniz?”.
"Heç vaxt heç vaxt demə" deyə siyasətsi cavab verib.
ABŞ-da yalnız Dövlət Departamenti ölkələri terrorizmin sponsorları siyahısına sala bilər. Əvvəllər Entoni Blinken taxıl müqaviləsinə görə bundan imtina etmişdi.
ABŞ Konqresi Blinkeni bu qərarı qəbul etməyə çağırıb və senatorlar müvafiq qanun layihəsini parlamentə təqdim ediblər.
Bizim.Media