Rusiyanın "Vaqner" özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Ukraynaya təklif edib ki, rus qoşunlarının mövqeləri haqqında məlumatı onlara vermək istəyir. Əvəzində Ukrayna Silahlı Qüvvələri öz bölmələrini Baxmutdan (Ukraynanın Donetsk vilayətindəki şəhər) çıxarmalı imiş.
Bizim.Media xəbər verir ki, bu barədə "Washington Post" yazıb.
Nəşr qeyd edir ki, Priqojin bu təklifi yanvarın sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində çalışan məmur vasitəsilə edib.
"İki Ukrayna rəsmisi Priqojinin Ukrayna Kəşfiyyat İdarəsi ilə bir neçə dəfə danışdığını təsdiqləyib. Rəsmilərdən biri deyib ki, Priqojin dəfələrlə Baxmutla bağlı təklif edib, lakin Kiyev Priqojinə etibar etmədiyi və onun təkliflərini qeyri-səmimi hesab etdiyi üçün rədd cavabı verib", - məqalədə deyilir.
Bildirilir ki, ABŞ da Priqojinin belə təklifinə inanmayıb.
Bizim.Media