Sarkisyan danışıqlardan imtina edir - SON DƏQİQƏ

Aprelin 2-də qəfil başlayan hərbi əməliyyatlarda Azərbaycan silahlı qüvvələri hücuma keçib ermənilərin təmas xəttindəki bəzi mövqelərini ələ keçirdi və ermənilərin əks-hücumlarını uğurla dəf etdi. Aprelin 5-də hərbi əməliyyatların dayandırılmasına dair razılaşma əldə olunanda Azərbaycan hərbçiləri təmas xəttində ələ keçirdikləri bəzi mövqelərini əllərində saxlamaqda idi və bu, erməniləri pərt edib.

Məlumata görə, bu cümlələlər tanınmış rusiyalı hərbi analitik Pavel Felqenhauerin “The National İnterest”x9d jurnalında dərc edilmiş, Jamestaun Fondu üçün hazırlanmış təhlilində yer alır.

Müəllif qeyd edir ki, aprelin əvvəllərində gedən döyüşlərdən sonra Qarabağ yenidən beynəlxalq birliyin diqqət mərkəzində yer aldı. Moskva isə yaranmış vəziyyətdən öz mövqelərini möhkəmləndirmək üçün İrəvana və Bakıya təzyiq göstərərək onları hərbi əməliyyatları dayandırmağa məcbur etdi. Pavel Felqenhauer xatırladır ki, Rusiya Ermənistan və Azərbaycanı danışıqlar masasına qaytarmaq üçün misli görünməmiş diplomatik səylər göstərib. Lakin bu səylər uğursuz olub.
“Moskvadakı məlumatlı mənbələrin bildirdiyinə görə, Azərbaycan danışıqlara hazırdır, hesab edir ki, dörd günlük müharibədə əldə etdiyi taktiki uğurlar onun danışıqlar prosesində mövqelərini möhkəmləndirib. Ermənistan isə görünür elə bu səbəbdən danışıqlardan imtina edib. Hər iki tərəf hərbi qüvvələri hər an tətbiq edə bilmək üçün hazır saxlayır”x9d-təhlildə deyilir.


Sarkisyan


Rusiyalı analitik qeyd edir ki, Ermənistan Rusiya sülhməramlılarının münaqişə bölgəsində yerləşdirilməsini də qəbul etməyib. Rusiyaya gəldikdə isə o, Ermənistanın hərbi müttəfiqidir. Ancaq Azərbaycanı və Gürcüstanı da itirmək niyyətində deyil, Rusiya bütün regionda hökmranlıq etmək niyyətindədir və bu səbəbdən Ermənistanın kaprizlərini deyil, öz maraqlarını nəzərə almalıdır.
Təhlildə deyilir ki, görünür bu səbəbdən Rusiya Azərbaycana ən müasir hücum silahları satır, Ermənistana isə daha az miqdarda və nisbətən köhnə silahlar verir. Hərçənd ki, bu silahlar Ermənistanın nə vaxtsa ödəyəcəyi şübhə altında olan Rusiya krediti hesabına verilir.
Müəllifə görə Azərbaycanın 2 aprel hücumu ilk növbədə taktiki qələbə əldə etməyə və patriotizmi yüksəltməyə hesablanmışdı. Hər iki hədəf əldə olunub, lakin Bakının hərbi naliyyətlərini davam etdirmək istəyi də yüksəkdir. Azərbaycan müharibə hazırlıqlarında İsraillə sıx əməkdaşlıq edir, bu ölkədən 150 kilometr radiusa malik raketlər, zərbə pilotsuz uçan aparatları, müxtəlif başqa müasir silahlar alır.

“Hazırda Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyə malikdir. Aprelin əvvəllərində gedən döyüşlərdə Azərbaycan ordusu öz düşmənini alçaldaraq bir neçə dəqiq zərbə endirib və erməniləri ciddi itkilərə məruz qoyub”x9d-təhlildə deyilir.
Pavel Felqenhauerə görə Sərkisyan siyasi baxımdan yaşaya bilmək üçün hər hansı zəiflik nümayiş etdirə bilməz, hər hansı güzəştlər barədə danışıqlar apara bilməz və yaxın zamanda Azərbaycanın uğurlarına qarşı hərbi, yaxud siyasi baxımdan müəyyən qələbə əldə etməyə çalışacaq. Görünür ötən həftə Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyinə dair qətnamə layihəsini müzakirəyə çıxarması bu cəhdlərdən biri idi. Lakin erməni tərəfi daha sonra elan etdi ki, qətnamə layihəsini dəstəkləmir və ancaq Qarabağda hərbi əməliyyatlar yenidən başlasa bu məsələyə baxacaq.
Təhlildə deyilir ki, belə vəziyyətdə hərbi əməliyyatların yenidən və daha iri miqyasda başlaması riski olduqca yüksəkdir. Və bu halda münaqişə regional xarakter ala, Rusiya və Türkiyə də ora cəlb oluna bilər./virtualaz.org/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranı əslində KİM idarə edir? - Ən kritik qərarları O verir

İranı əslində KİM idarə edir? - Ən kritik qərarları O verir

"Mənim aldığım tərbiyə tənqid yazanların ailəsində yoxdur" - VİDEO

"Mənim aldığım tərbiyə tənqid yazanların ailəsində yoxdur" - VİDEO

Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO

Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO

Ötənilki abituriyentlərlə müqayisədə NƏTİCƏLƏR nə qədər dəyişib? - AÇIQLAMA

Ötənilki abituriyentlərlə müqayisədə NƏTİCƏLƏR nə qədər dəyişib? - AÇIQLAMA

“Tanış olduqdan 6 ay sonra evlənmək lazımdır”

“Tanış olduqdan 6 ay sonra evlənmək lazımdır”

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

Somali sahillərində tanker qaçırılıb

Somali sahillərində tanker qaçırılıb

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

End of content

No more pages to load

RADİO