Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində irəliləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.
"Baxmut ətrafında iki istiqamətdə qoşunlarımız tədricən irəliləyir. İntensiv döyüşlər davam etdiyindən, hələlik dəqiq rəqəmlərdən danışmaq tezdir”, - deyə Malyar qeyd edib.
Nazir müavini bildirib ki, Ukrayna Ordusu xeyli sayda rus hərbçini əsir götürüb.
Bizim.Media