Rusiya Federasiyasının Bryansk vilayətində "Mi-8" helikopteri vurulub. Klintsı qəsəbəsinə düşən helikopterin vurulma anı yerli sakinlər tərəfindən kameraya çəkilib.
Bizim.Media xəbər verir ki, qəza barədə məlumatı ölkənin fövqəladə xidməti TASS-a təsdiqləyib.
İlkin məlumatlara görə, qəzaya səbəb mühərrikin yanması olub.
Bəzi teleqram kanalları onun zenit raketi ilə vurulduğunu iddia edib.
Yaralananlar və ölənlər barədə məlumat yoxdur.
Bizim.Media