Türkiyədə ağır yol qəzası olub.
Bizim.Media "Haber Türk"ə istinadən xəbər verir ki, Adana-Pozantı magistralında Ankara istiqamətində hərəkətdə olan TIR qəfil alışmağa başlayıb.
Yanğınsöndürənlərin yanğına müdaxiləsi zamanı yolda zəncirvari qəza baş verib. Hadisə yerinə yaxın ərazidə 2 yük maşını, TIR, 4 avtomobil və iki polis maşınının iştirakı ilə zəncirvari qəza olub.
Qəza zamanı 7 nəfər ölüb, həmin sayda 7-i yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media