“Avropa İttifaqı öz aviaşirkətlərinin Rusiyaya uçmasına icazə vermir və Gürcüstanı da Rusiya Federasiyasından öz ərazisinə uçuşlara icazə verməməyə çağırır”.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano bildirib.
Aİ nümayəndəsi Gürcüstan hakimiyyətini Rusiya Federasiyasından olan təyyarələri öz ərazilərinə buraxmamağa çağırıb. Diplomat Gürcüstan və Rusiya Federasiyası arasında viza rejiminin ləğvi ilə bağlı şərh verməkdən imtina edib.
Bizim.Media