İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri, həmçinin BMT nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə əsas mövzu "Taxıl sazişi"nin müddətinin uzadılması olacaq.
Qeyd edək ki, ötən il iyulun 22-də İstanbulda imzalanan sazişin müddəti mayın 18-də başa çatacaq.
Bizim.Media