Rusiya ordusu ötən gecə Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinə “İsgəndər” zenit-raket kompleksləri ilə zərbə endirib.
Bizim.Media “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Xarkov Hərbi-Vilayət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.
Hücum nəticəsində 3 nəfər mülki şəxs yaralanıb, 5 yaşayış binasına ziyan dəyib.
Rusiya Silahlı Qüvvələri həmçinin, Ukraynanın Çuqevski və İzyum rayonlarının kəndlərinə də zərbələr endirib.
Bizim.Media