Rusiya ordusu mayın 9-da axşam saatlarında Kupyanska raket zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov teleqramda məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu mülki infrastruktur obyektinə zərbə endirib, nəticədə 5 yaşayış binasına ziyan dəyib.
Hücum nəticəsində ikisi qadın, biri kişi olmaqla, üç nəfər yaralanıb.
Bizim.Media