ABŞ hakimiyyəti Ukraynaya hava hücumundan müdafiə və sursat da daxil olmaqla, 1,2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı Pentaqonun yaydığı bəyanatda deyilir.
Bildirilib ki, yardım paketinə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları, radar stansiyalarının Ukrayna hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıqlar, pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün sursatlar daxildir.
Bizim.Media