“Vaqner” Artemovskda (Baxmut) daha bir neçə gün qalacaq.
Bizim.Media xəbər verir ki, bunu özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.
Onun sözlərinə görə, şəhərin tamamilə Rusiya qüvvələrinin nəzarətinə keçməsi üçün iki kvadrat kilometr ərazi alınmalıdır.
Priqojin əlavə edib ki, döyüş əmri alıb, hazırkı mövqelərini tərk etsələr, bu, vətənə xəyanət kimi qiymətləndiriləcək.
Ancaq o, yenə Rusiya Müdafiə Nazirliyi qarşısında şərt qoyub:
"Mayın 9-da vəd edilən döyüş sursatı alınmasa, şəhəri tərk edəcəyik. O zaman Ukrayna Silahlı Qüvvələri Rostova kimi gələcək".
“Vaqner”in rəhbəri vəziyyətlə bağlı internetdə daha bir video yayımlayacağını deyib.
Bizim.Media