Polşa artıq Ukraynaya 10 ədəd MiQ-29 qırıcısı tədarük edib.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Polşa hökumətinin Almaniya hökumətindən “MiQ-29” qırıcılarının Ukraynaya ötürülməsinə razılıq verilməsini rəsmi şəkildə xahiş etdiyi məlum olmuşdu.
Almaniya hökuməti də Polşanın keçmiş Almaniya Demokratik Respublikasının (ADR) ehtiyatlarından əldə etdiyi Sovet istehsalı olan qırıcıları Ukraynaya verməsinə icazə vermişdi.
Bizim.Media