“Qələbə Günü paradında təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirlər görülür”.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, 9 mayda keçiriləcək paradda qonaqların və ölkə başçısı Vladimir Putinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün addımlar atılır.
Qeyd edək ki, 9 May - Qələbə Günü münasibətilə keçiriləcək paradı izləmək üçün bir sıra ölkələrin prezidentləri Moskvaya gəlib.
Bizim.Media