Çexiyada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - FOTO

Xocalı soyqırımı həqiqətləri barədə Çex Respublikasının ictimaiyyətini məlumatlandırmaq və qətliamda həlak olanların xatirəsini yad etmək üçün Çexiyadakı Azərbaycan icmasının təşkilatçılığı və orada yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə aksiya keçirilib.

Bizim.Media xəbər verir ki, iştirakçılar şəhərin qədim mərkəzi "Malostranské náměstí" adlanan meydanında Çexiya Parlamentinin binası qarşısında çex və ingilis dillərində "Xocalıya ədalət", "Xocalını xatırla" və digər şüarların və Xocalı soyqırımı haqqında məlumatların yazıldığı plakat, banner və şəkillər nümayiş etdiriblər, yerli sakinlərə broşürlər paylayıblar.

 

MÖVZU İLƏ BAĞLI:

BMT qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi keçirildi - FOTO


Aksiya iştirakçıların Praqadakı Karlov körpüsündən keçərək Staromestska meydanına qədər davam edən yürüşü ilə başa çatıb.

Aksiya zamanı Çexiya Parlamentinin Çexiya və Azərbaycan münasibətləri üzrə Dostluq qrupunun sədri, deputat Zdenek Ondraçek və qrupun üzvü Kveta Matuşovska iştrakçılarla görüşüb, Azərbaycan xalqına başsağlığı veriblər.

Deputat Zdenek Ondraçek aksiya və Xocalı soyqırımı ilə bağlı məlumatları qrupun digər üzvlərinə çatdıracağını bildirib və oxşar hadisə ilə üzləşdikləri üçün azərbaycanlıların kədərini və ağrısını bölüşdüyünü vurğulayıb.

Bununla yanaşı, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Çexiya Parlamenti Deputatlar Palatasına bəyanatla müraciət edən Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə əlaqələndiricisi Eldar Vəliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdiyi Xocalı soyqırımı, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi təcavüzkar və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verib. (APA)

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış bloqer qəzaya düşdü, avtomobili aşdı - VİDEO

Tanınmış bloqer qəzaya düşdü, avtomobili aşdı - VİDEO

Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

İranda 4,1 bal gücündə zəlzələ oldu

İranda 4,1 bal gücündə zəlzələ oldu

Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edildi

Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edildi

Ordubadın icra başçısı dəyişdi

Ordubadın icra başçısı dəyişdi

Gəncədə kişi oğlunun öldürüldüyü istixanada mühafizəçini bıçaqladı

Gəncədə kişi oğlunun öldürüldüyü istixanada mühafizəçini bıçaqladı

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən AZAD EDİLDİ

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən AZAD EDİLDİ

Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu

Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu – SƏRƏNCAM

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu – SƏRƏNCAM

Bilgəhdə boğularaq ölən 21 yaşlı gənc tələbə imiş

Bilgəhdə boğularaq ölən 21 yaşlı gənc tələbə imiş

Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanla sülh prosesini müzakirə etdi – FOTO

Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanla sülh prosesini müzakirə etdi – FOTO

İrəvanda məhkum məhkəmə binasından qaçdı – HƏLƏ TUTULMAYIB

İrəvanda məhkum məhkəmə binasından qaçdı – HƏLƏ TUTULMAYIB

Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildi - VİDEO

Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildi - VİDEO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Pezeşkian istefası ilə bağlı xəbərləri təkzib etdi: “Tamamilə yalan və uydurmadır” – VİDEO

Pezeşkian istefası ilə bağlı xəbərləri təkzib etdi: “Tamamilə yalan və uydurmadır” – VİDEO

Azərbaycana gələn turistlər bu il nə qədər pul xərcləyib?

Azərbaycana gələn turistlər bu il nə qədər pul xərcləyib?

Kürdən daha dəli olan Qudyalçay – Ən müasir körpüləri dağıdıb, bəs 130 illik körpüyə niyə təsir etmir? - VİDEO

Kürdən daha dəli olan Qudyalçay – Ən müasir körpüləri dağıdıb, bəs 130 illik körpüyə niyə təsir etmir? - VİDEO

Bakıda 79 yaşlı qadının meyiti tapıldı

Bakıda 79 yaşlı qadının meyiti tapıldı

SON DƏQİQƏ! Naxçıvanda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Naxçıvanda ZƏLZƏLƏ oldu

Perseid meteor yağışı olacaq – BU TARİXDƏ

Perseid meteor yağışı olacaq – BU TARİXDƏ

Nəfəs borusunda qida qalan körpə VƏFAT ETDİ

Nəfəs borusunda qida qalan körpə VƏFAT ETDİ

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edildi - FOTO

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edildi - FOTO

Universitetlərə ixtisas seçiminin VAXTI AÇIQLANDI

Universitetlərə ixtisas seçiminin VAXTI AÇIQLANDI

ATƏT-in sədri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

ATƏT-in sədri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

End of content

No more pages to load

RADİO