Kürdən daha dəli olan Qudyalçay – Ən müasir körpüləri dağıdıb, bəs 130 illik körpüyə niyə təsir etmir? - VİDEO

Qubanın sinəsini yarıb keçən Qudyalçay haqqında danışanda yerli camaatın tez-tez işlətdiyi bir ifadə var: “Kürün adı dəlidir, Qudyalçayın isə suları”. İlk baxışdan şişirdilmiş kimi görünə bilər. Çünki Kür Azərbaycanın ən böyük çayıdır, hər halda “dəli” ləqəbini də boş yerə qazanmayıb.

Bəs nə üçün Kürdən daha kiçik olan Qudyalçay ondan təhlükəli hesab olunur?

Məlumat üçün qeyd edək ki, Kürün məcrasının eni 100-300 metr arasında dəyişir. Qudyalçayda isə ən geniş ərazidə 150 metri keçmir. Amma yalın gözlə müşahidələr iki çay yatağını əslində təxminən bərabər göstərir. Sadəcə Qudyalçay mövsümi çay olduğu üçün yatağın çox hissəsi quru olur. Bununla belə müxtəlif ölçülü çay daşları ilə zəngin olan bu çay heybətinə və əzəmətinə görə də Kürdən heç də geri qalmır.

Kür çayı böyük hövzəyə, dərin yatağa malik olduğundan onun axını nisbətən sabitdir.

Güclü yağışlar və qarın əriməsi nəticəsində daşqınlar baş versə də, suyun qalxması əksər hallarda tədricən olur. Düzənlik çayı olması onun dəliliyinin qarşısını nisbətən alır. Qudyalçay isə tamam başqa xarakterə malikdir. Çayın mənbəyi Böyük Qafqazın yüksək dağlıq ərazilərində yerləşir. Burada baş verən qısamüddətli, lakin intensiv leysanlar və ya sürətli qar əriməsi bir neçə saat ərzində çayı sakit axından dağıdıcı selə çevirə bilir.

Dağlardan gələn sel təkcə su gətirmir. Onun tərkibində iri qaya parçaları, çınqıl və palçıq olur. Məhz bu qarışıq sel axını körpülər üçün ən böyük təhlükə sayılır. Ona görə də Qudyalçay üzərində salınan müasir körpülər azğın sel sularına tab gətirə bilmir. Çay yatağının ortasında, körpüsündən əsər-əlamət qalmamış beton təməllər də əslində selin gücünün nişanəsidir.

Bəs XIX əsrin körpüsü niyə hələ də dimdik ayaqdadır?
 

Ən maraqlı məqam da budur. XIX əsrə aid tarixi daş körpü xalq arasında Tağlı körpü kimi tanınır. Körpünün uzunluğu 160, eni 7,6 metrdir. Körpüdəki tağların sayı 14, dayaqların sayı isə 15-dir. Uzun illərdir Qudyalçayın bütün dəliliklərinə şahid olsa da dağ kimi qarşısında dayanır.



Belə çıxır ki, təxminən 130 il bundan qabaqkı ustalar müasir texologiyalardan daha dəqiq, daha möhkəm körpü inşa edə bilirdilər? Əslində bunun sirri körpünün təməlində deyil, konstruksiyasındadır. Yəni məhz tağlı olmasında. Körpünün tağları sel suyunun təzyiqini bərabər paylayır və yükü dayaqlara ötürür. Bu səbəbdən keçmişdə körpüləri belə tağlı edirmişlər. Dayaqlar isə selin qarşısını kəsmək əvəzinə suyu iki istiqamətə yönəldir. Bu da axının dağıdıcı gücünü azaldır.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO