Bilgəh qəsəbəsində dənizdə boğularaq həyatını itirən 21 yaşlı gəncin Bakı Mühəndislik Universitetinin tələbəsi olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, avqustun 2-də baş vermiş faciə nəticəsində həyatını itirən Niyaz Pirməmmədov Mühəndislik fakültəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasının II kurs tələbəsi olub.
Niyaz Pirməmmədovun cəsədi dalğıclar tərəfindən tapılaraq, ailəsinə təhvil verilib. (Oxu.az)
Bizim.Media