Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu

Türkiyə-Azərbaycan Universitetinin (TAU) yeni təyin olunmuş ilk rektoru Nəcibə Nəsibova universitet kollektivinə təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafında Nəcibə Nəsibovanın rolunu vurğulayaraq onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə-Azərbaycan Universitetinin iki ölkənin strateji tərəfdaşlığının təhsil sahəsində ən mühüm layihələrindən biri olduğunu qeyd edən nazir müavini əlavə edib ki, universitetin Himayəçilər Şurası qarşıdakı dövr üçün ali təhsil müəssisəsinin strateji inkişafı, akademik fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması istiqamətində mühüm hədəflər müəyyənləşdirib.
 

Yeni rektor Nəcibə Nəsibova öz növbəsində universitetin akademik və inzibati heyətini salamlayaraq bildirib ki, Türkiyə-Azərbaycan Universiteti sadəcə yeni nəsil universitet modeli deyil, eyni zamanda Azərbaycan ilə Türkiyə arasında qardaşlığın, ortaq dəyərlərin təcəssümüdür. Rektor göstərilən etimada görə təşəkkürünü ifadə edərək qarşıya qoyulan hədəflərə nail olmaq üçün çalışacağını bildirib.


Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024-2025-ci tədris ilindən həyata keçirilir. Universitetdə bakalavriat səviyyəsində "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi" və "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. "Kompüter mühəndisliyi" ixtisası üzrə tədris Orta Doğu Texniki Universiteti, "Qida mühəndisliyi" üzrə Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" üzrə isə İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

Azərbaycan tərəfdən tərəfdaş universitet qismində Azərbaycan Texniki Universiteti prosesdə iştirak edir. Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında və ingilis dilində aparılır.

Hazırda 174 tələbənin təhsil aldığı universitetə bu il üç ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb. Onlardan 60 yer "Kompüter mühəndisliyi", 30 yer "Sənaye mühəndisliyi", 30 yer isə "Qida mühəndisliyi" ixtisası üçün nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq

Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq

Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı – FOTO

Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı – FOTO

Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Ermənistan sərhədinə qədər yol layihələri 2027-ci ildə tamamlanacaq

Ermənistan sərhədinə qədər yol layihələri 2027-ci ildə tamamlanacaq

"Nizami" və "28 May" metrostansiyaları arasında əlavə avtobuslar ödənişli OLACAQ?

"Nizami" və "28 May" metrostansiyaları arasında əlavə avtobuslar ödənişli OLACAQ?

Yaxın 2-3 gün ərzində Bakıda hava necə olacaq?

Yaxın 2-3 gün ərzində Bakıda hava necə olacaq?

Silah-sursatın gömrük rəsmiləşdirilməsi ilə bağlı YENİ QAYDALAR

Silah-sursatın gömrük rəsmiləşdirilməsi ilə bağlı YENİ QAYDALAR

Qarabağın yeni nəqliyyat marşrutları – VİDEO

Qarabağın yeni nəqliyyat marşrutları – VİDEO

Şəmkirdə “Niva” yandı – VİDEO

Şəmkirdə “Niva” yandı – VİDEO

İqnasio Kassis: “Azərbaycanı ATƏT-in Nazirlər Şurasının iclasında da görmək istərdik”

İqnasio Kassis: “Azərbaycanı ATƏT-in Nazirlər Şurasının iclasında da görmək istərdik”

Yaxın zamanda İsveçrə ilə yeni razılaşmalar imzalanacaq - Nazir

Yaxın zamanda İsveçrə ilə yeni razılaşmalar imzalanacaq - Nazir

Regionun ən böyük kitab festivalı qayıdır – Bu tarixdə KEÇİRİLƏCƏK

Regionun ən böyük kitab festivalı qayıdır – Bu tarixdə KEÇİRİLƏCƏK

Ceyhun Bayramov: “Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır”

Ceyhun Bayramov: “Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır”

Culfa rayon icra başçısının DOSYESİ

Culfa rayon icra başçısının DOSYESİ

Tanınmış bloqer qəzaya düşdü, avtomobili aşdı - VİDEO

Tanınmış bloqer qəzaya düşdü, avtomobili aşdı - VİDEO

Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

İranda 4,1 bal gücündə zəlzələ oldu

İranda 4,1 bal gücündə zəlzələ oldu

Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edildi

Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edildi

Ordubadın icra başçısı dəyişdi

Ordubadın icra başçısı dəyişdi

Gəncədə kişi oğlunun öldürüldüyü istixanada mühafizəçini bıçaqladı

Gəncədə kişi oğlunun öldürüldüyü istixanada mühafizəçini bıçaqladı

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən AZAD EDİLDİ

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən AZAD EDİLDİ

Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu

Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu – SƏRƏNCAM

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu – SƏRƏNCAM

Bilgəhdə boğularaq ölən 21 yaşlı gənc tələbə imiş

Bilgəhdə boğularaq ölən 21 yaşlı gənc tələbə imiş

End of content

No more pages to load

RADİO