ABŞ-ın Alyaska ştatında 5,4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Geoloji xidməti bu barədə məlumat yayıb.
Yeraltı təkanların episentri Adak yaşayış məntəqəsindən 176 kilometr cənub-qərbdə hiss olunub və zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə hələki məlumat verilmir.
Bizim.Media