Qardaş Türkiyədə pandemiya dövründə qeydə alınan nikah və boşanma hallarının sayı azalıb.
Bizim.Media xəbər verir ki, bu məlumatı "TRTHaber" nəşri yayıb.
Mənbə yazır ki, 2019-cu ildə 542 314 cütlük, 2020-ci ildə isə 487 270 cütlük ailə qurub.
2020-ci ildə Türkiyədə 135 min 22 ailənin boşandığı deyilir.
Bu rəqəm iki il öncə isə 156 587 təşkil edib.
Bizim.Media