Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində beş məscid müvəqqəti olaraq ibadətə bağlanıb.
Bizim.Media-ya xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb COVİD-19 infeksiyasına yoluxma halı olub.
Belə ki, əyalətin Düren şəhərində bir məscidə gedən doqquz nəfərdə koronavirusun Britaniya ştammı aşkarlanıb.
Digər dörd məscid təhlükəsizlik üçün qapadılıb.
Şəhər idarəsi bağlı məscidlər əvəzinə, başqa ibadət ocaqlarına üz tutmaq istəyənlərə xəbərdarlıq edib.
Bizim.Media