Ukrayna Prezidenti Volodimir Zelenski Krım müsəlmanları ilə iftar süfrəsinə qatılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ziyafət Kiyevin Çayki kəndindəki Krım Müsəlmanları Mərkəzində baş tutub.
İftar yeməyində Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere, Krım Tatar Türklərinin lideri və Ukrayna millət vəkili Mustafa Kırımoğlu, Krım Tatar Milli Məclisinin (KTMM) sədri Rifat Çubarov, Ukraynadakı dini liderlər və müsəlmanlar iştirak ediblər.
Qeyd edək ki, yeməkdən əvvəl çıxış və nitqlərdən ibarət proqram təşkil olunub.


Bizim.Media