Türkmən xalqının milli lideri, Xalq Şurasının sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə TDX dövlət agentliyi məlumat yayıb.
Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi açıqlanıb.
Qeyd edək ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun da nənəsidir.
Bununla əlaqədar olaraq Tacikistan və Türkmənistan İşgüzar Şurasının ilk iclası və iki ölkə sahibkarlarının biznes forumu ləğv edilib.

Bizim.Media