“Rusiyalı deputatlara ölkənin Baş naziri Mixail Mişustinin icazəsi olmadan ölkəni tərk etmək qadağan edilib”.
Bizim.Media “rbc.ua”ya istinadla xəbər verir ki, rusiyalı məmurlar aprelin 7-sindən xaricə ancaq rəsmi məsələlərlə bağlı səfər edə bilərlər:
“Deputatlar öz növbəsində başqa ölkəyə getmək istədikdə Mişustindən şəxsən icazə almalıdırlar”.
Bu qaydan nazirlərə, aparat rəhbərlərinə və onların müavinlərinə, departament rəhbərlərinə qədər hökumətdəki bütün məmurlara şamil edilib.
Sözügedən qadağanın Kremldəki məmurlara aid edilmədiyi qeyd olunub.
Bizim.Media