Rusiyanın "Vaqner" muzdlu qoşunları Donbasın Artyomovsk şəhərinin mərkəzindən qərb məhəllələrinə doğru hərəkət edirlər.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "Vaqner" hərbçiləri məlumat yayıblar.
Hərbçilərin sözlərinə görə, geri çəkilmə zamanı Ukrayna bölmələri Artyomovsk administrasiyasının binasını və mərkəzdəki bəzi digər binaları partladıblar.
Bizim.Media