"Twitter" sosial şəbəkəsi ənənəvi loqosunu geri qaytarıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkəyə daxil olduqda “Dogecoin”in loqosu əvəzinə daha əvvəlki quş loqosunu görmək mümkündür.
Xatırladaq ki, aprelin 3-ü şirkətin rəhbəri İlon Mask ənənəvi quş loqosunu “Dogecoin”lə (kriptovalyuta) dəyişib. Sosial şəbəkənin loqosunun dəyişdirilməsinin nə ilə əlaqədar olduğu açıqlanmayıb. Buna baxmayaraq, bu günlər ərzində kriptovalyutanın qiyməti 25% artıb.


Bizim.Media