Türkiyənin müdafiə naziri Hulusi Akar və amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər NATO, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Həmçinin “F-16” tədarükü və onun modernləşdirilmə layihəsinin sürətli və müsbət nəticələnməsinin önəmi qeyd edilib.
Hulusi Akar ölkəsinin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəklədiyini, Finlandiyanın üzvlüyünün bunu bir daha göstərdiyini, İsveçin də ən qısa zamanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini vurğulayıb.
Bizim.Media