Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter” hesabında məlumat verib.
Məlumata görə, dövlət başçıları cəbhədə vəziyyəti və Ukraynanın “sülh formulu”nu müzakirə ediblər:
“Emmanuel Makron ilə bir saatlıq söhbətdə Ukrayna və Fransanın müdafiə sahəsində qarşılıqlı əlaqəsini təfsilatı ilə və nəticə etibarilə səmərəli müzakirə etdik. Cəbhədəki vəziyyət barədə onu ətraflı məlumatlandırdım”.
Tərəflər həmçinin “sülh formulu”nun gələcək addımlarının icrasına diqqəti çəkib və yaxın beynəlxalq tədbirlər kontekstində fəaliyyəti koordinasiya ediblər.

Bizim.Media