Üç gün öncə xəstəxanaya yerləşdirilən Roma Papası Fransisk Gemelli klinikasından evə buraxılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xəstəxanadan çıxdıqdan sonra Papa jurnalistlər və inanclılarla danışıb, onlara martın 29-da kollektiv audensiyadan sonra özünü pis hiss etdiyini, lakin indi vəziyyətinin düzəldiyini deyib.
Bizim.Media