ABŞ administrasiyası “The Wall Street Journal” qəzetinin müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçin Rusiyada casusluq ittihamı ilə həbsindən dərindən narahatdır.
Bizim.Media "TASS"a istinasla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin cümə axşamı yaydığı yazılı bəyanatda qeyd olunub.
“Rusiyanda ABŞ vətəndaşı Olan jurnalistin həbsindən çox narahatıq. Bu vəziyyətlə bağlı "The Wall Street Journal" ilə əlaqə saxlayırıq", - deyə Ağ Ev rəsmisi vurğulayıb.
Blinken bildirib ki, Rusiyada yaşayan və ya Rusiyaya səfər edən ABŞ vətəndaşları dərhal Rusiyanı tərk etməlidirlər.
Bizim.Media