Avropa İttifaqı (Aİ) Şurası avtomobillərin karbon emissiyalarını azaltmaq üçün Aİ ölkələri üçün yeni hədəfləri təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının qərarında qeyd edilib.
Yeni qərara əsasən, 2030-2034-cü illərdə yeni minik avtomobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55%, 2035-ci idən sonra isə 100% azaldılmalıdır.
Faktiki olaraq, bu, benzin və ya dizellə işləyən daxili yanma mühərriki olan yeni avtomobillərin satışına qadağa deməkdir.
Yeni qaydalar həmçinin yenilikçi yanaşma təqdim etməyə davam etməklə sıfır emissiyalı avtomobil sənayesi üçün təkan verəcək.
Bizim.Media