Rusiya Prezidenti Vladimir Putin Moskvada suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı bir sıra yerli və beynəlxalq məsələlər müzakirə edilib.
Bəşər Əsəd Rusiyanın Ukraynadakı müharibəyə baxmayaraq Suriyaya dəstəyini davam etdirdiyini bildirib.
"Birgə səylərimiz və Rusiya Silahlı Qüvvələrinin töhfələri sayəsində Suriyada beynəlxalq terrorizmlə mübarizədə əhəmiyyətli nəticələr əldə edilib. Bu, vəziyyətin sabitləşməsinə imkan verir", - deyə Putin vurğulayıb.
Putinlə Əsəd arasında keçirilən görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və suriyalı nazirlər iştirak edib.
Bizim.Media