Azərbaycanın ictimaiyyət nümayəndələri Türkiyə səfirinə başsağlığı verdi — FOTO

Bu gün bir qrup QHT və media rəhbərləri Türkiyənin Azərbaycandakı Səfirliyini ziyarət edib. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə baş tutan başsağlığı ziyarəti zamanı əvvəlcə səfirlik önündə gül dəstələri qoyularaq, qardaş Türkiyədə zəlzələdə ölənlərin xatirəsi yad olunub.

Daha sonra qardaş Türkiyənin Azərbaycandaı səfiri Cahit Bağçı ilə görüş keçirilib. 

Görüşdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov, "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, ATXƏM-in icra katibi İlqar İlkin, "Cəmiyyət və Vətəndaş Münasibətləri İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, "Ailələrə Sosial Dəstək" İB-nin sədri Esmira Rəhimova, "İnkişafa və İslahatlara Dəstək" İB-nin sədri Ramil Əliyev, "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli, "Qht.az" saytının rəhbəri Cəsarət Hüseynzadə iştirak ediblər.  



İctimaiyyət nümayəndələri bildiriblər ki, fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ miqyasına görə son yüzilin ən böyük fəlakətlərindən biridir. 

ATXƏM sədri İlham İsmayılov deyib ki, fəlakət baş verən gündən Azərbaycan xalqı və dövləti bir nəfər kimi qardaş Türkiyə ilə birlik və bərabərlik nümayiş etdirərək, yardımlara başlayıb. Bu yardımlar hazırda da intensiv şəkildə davam etdirilir. 

Sözügedən yardım kampanyalarında görüş iştirakçılarının da fəal iştirak edərək, zəlzələdən zərər çəkənlərə yardımı təşkil etmək üçün İctimai Dəstək Platforması yaradıldığı diqqətə çatdırılıb. Bu platformada birləşən təşkilatlar bundan sonra da davamlı olaraq, qardaş ölkəmizdə zəlzələdən zərər çəkənlərə öz yardımlarını davam etdirəcək. 



Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə başsağlığı ziyarətinə gələn qonaqlara təşəkkürünü bildirib. 

Səfir əlavə edib ki, qardaş Azərbaycan Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım edən ölkələrin başında gəlir:

"Biz bu yardımların göstərilməsində həm dövlətin, həm də can Azərbaycan xalqının ürəkdən birlik və bərabərlik içərisində çalışdığını görürük. Bu bizim qardaşlığımızı, birliyimizi daha da gücləndirir".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

End of content

No more pages to load

RADİO