Könüllülərimizdən Mehriban Əliyevaya MÜRACİƏT: “Türkiyənin yanında olmağımız mənəvi borcumuzdur”

Azərbaycan könüllüləri birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət qəbul ediblər.

Bizim.Media müraciəti təqdim edir.

“Hörmətli Mehriban xanım!

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk anlarından biz Azərbaycan könüllüləri xalqımızın birlik, həmrəylik və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirərək qardaş türk xalqının yanında olmasının şahidi olduq. Yaşanan ağır faciəyə möhtərəm cənab Prezidentin və Sizin həssas münasibətiniz, yardımla bağlı verdiyiniz göstərişlər biz gəncləri hədsiz qürurlandırmaqla yanaşı, öz insansevərliyimizi nümayiş etdirməyə şərait yaratdı.

Zəlzələdən zərər çəkmiş insanlara dəstək məqsədilə başladılan yardım kampaniyasına qoşulan hər kəsə, o cümlədən bu işdə əlindən gələni əsirgəməyən çoxsaylı könüllülərə təşəkkür etməyiniz bizi olduqca təsirləndirdi.

Bütün Azərbaycan xalqının səfərbər olduğu humanitar yardım aksiyasına qoşularaq Türkiyə xalqının yanında olmağı öz mənəvi borcumuz hesab edirik. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına Azərbaycan dövləti və xalqı tərəfindən verilən dəstəyə öz töhfəmizi vermək üçün gecə-gündüz demədən var gücümüzlə çalışırıq. Biz könüllülər bu xeyirxah əməllərin iştirakçısı olmaqdan qürur və şərəf duyuruq.
Hər zaman olduğu kimi, fəaliyyətimizə göstərdiyiniz diqqətə, verdiyiniz yüksək dəyərə görə Sizə səmimi-qəlbdən minnətdarıq. Xalqımızın əsrlər boyu yaşatdığı xeyirxahlıq, fədakarlıq və təmənnasız kömək ənənələrini davam etdirən Azərbaycan könüllüləri olaraq biz bundan sonrakı fəaliyyətimizdə də vətənpərvərlik və milli-mənəvi dəyərlərə daim sadiq qalacağımıza və daha böyük əzmlə çalışacağımıza söz veririk”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

End of content

No more pages to load

RADİO