“Son fəlakətdə dağılan bütün binaların 98 faizinin 1990-cı ildən əvvəl tikilməsi tikinti standartları baxımından əldə etdiyimiz irəliləyişləri göstərir”.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında bəyan edib.
O, qeyd edib ki, artıq martın əvvəlində zəlzələdən zərər şəkənlər üçün 30 min evin tikintisinə başlanılacaq:
“Bir neçə ay ərzində bütün xətlərin çəkilişinə başlanılacaq. Zəlzələ qurbanlarının müvəqqəti sığınacaq ehtiyaclarını çadırlar, konteyner yataqxanaları, hotel otaqları və hər cür şəraiti olan ictimai mehmanxanalarla təmin etməyi planlaşdırırıq. Məqsədimiz mənzil ehtiyacını 1 ilə tamamlamaqdır”.
Bizim.Media