Rumıniyada 5,7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xarici KİV-ə isrtinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 102 min nəfərin yaşadığı Drobeta-Turnu Severin şəhərindən 56 km şimal-şərqdə yerləşib.
Zəlzələnin episentri yerdən 40 km dərinlikdə qeydə alınıb.
Bizim.Media