Özbəkistan prezidenti İslam Kərimov eynicinslilər arasındakı münasibətlərin qərb mədəniyyətinin iyrənc təzahürü adlandırıb.
Moderator.az “Ozodlik”x9da istinadən xəbər verir ki, bu barədə o, fevralın 8-də Daşkənd vilayətinin Xalq Deputatları Şurasının sessiyasında çıxışı zamanı bidirib.
“Əgər kişi kişi ilə, qadın qadınla yaşayırsa, orada hansısa dəyişikliklərin baş verdiyini və ya nəyin sə doğru olmadığını düşünürəm”x9d, - Kərimov bildirib.
Özbəkistan homoseksuallığın cinayət hesab edildiyi ölkələrdən biridir. Respublikanın cinayət məcəlləsinin 120-ci maddəsinə əsasən homoseksualizm bir ildən üç ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.