Rusiyanın və keçmiş SSRİ-nin tanınmış artisti Mixail Boyarski Sankt-Peterburqda hospitala yerləşdirilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Larisa Luppian yayıb.
Onun sözlərinə görə, "Üç muşketyor"un “Dartanyan”ının diaqnozu məlum deyil:
“Koronavirus testi də təsdiq olunmayıb”.
Xatırladaq ki, Boyarski 10 gün əvvəl COVID-19-a qarşı peyvənd olunub.
Bizim.Media