Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Aleksandr Pokladla görüş keçirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, görüş zamanı Rusiyaya qarşı həyata keçiriləcək yeni əməliyyatlar razılaşdırılıb.
Prezident, həmçinin SBU-nun daxili strukturunda islahatların davam etdiriləcəyini vurğulayıb.
"Ukrayna üçün deyil, öz maraqları naminə çalışan şəxslərdən xidmətin daxili strukturunun təmizlənməsi ilə bağlı növbəti addımlar da razılaşdırıldı", – deyə Zelenski qeyd edib.
Bizim.Media