“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - FOTO

“AzerGold” QSC tərəfindən “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub.

Bizim.Media xəbər verir ki, Səhmdar Cəmiyyətinin fəaliyyətinin 10 illiyi çərçivəsində keçirilən tədbirdə ölkənin aparıcı onlayn media qurumlarını təmsil edən 28 jurnalist iştirak edib.

Tədbirin ilk günü Gəncə şəhərində “AzerGold” QSC-nin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı və emalı, qiymətli metalların satışı, əməyin mühafizəsi, ətraf mühitin qorunması, kommunikasiya və korporativ sosial məsuliyyət istiqamətlərində nəzəri təlimlər keçirilib.

İnteraktiv formatda təşkil olunan sessiyalar zamanı qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Səfərin ikinci günü iştirakçılar əvvəlcə Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Gəncə Autizm Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Jurnalistlər autizm spektr pozuntusu olan uşaqlar üçün həyata keçirilən reabilitasiya prosesini əyani şəkildə izləyiblər.

Daha sonra iştirakçılar Daşkəsən və Göygöl rayonlarında istifadəyə verilmiş kitab köşklərinə baş çəkərək həyata keçirilən sosial layihələrlə tanış olublar.

Onlar həmçinin Daşkəsən rayonunun Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə inşa edilmiş Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binasına baxış keçiriblər.

Səfər “AzerGold” QSC-nin Daşkəsən rayonunun Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) və “Çovdar” qızıl mədəninə təşkil olunmuş mediaturla davam edib. Media nümayəndələrinə müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi, eləcə də boş süxur anbarında həyata keçirilən bioloji rekultivasiya tədbirləri barədə ətraflı məlumat verilib.

Jurnalistlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri, qiymətli metalların hasilatı və emalı, eləcə də ekoloji norma və tələblərə uyğun şəkildə həyata keçirilən istismar işləri ilə yaxından tanış olublar.

Layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsi üzrə məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları keçirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO