Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

"Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları" təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qaydalar Prezident İlham Əliyevin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planı"nda nəzərdə tutulan Bakı - Xırdalan - Sumqayıt və Bakı - Pirşağı - Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsini, Bakıxanov - Binə - Qala, Zabrat - Maştağa - Bağlar, Yeni Suraxanı - Hövsan və Güzdək - Qaradağ dəmiryol xətlərinin bərpası üzrə layihələrin icrasını, habelə Bakı şəhəri və ətraf ərazilərdə dəmiryol nəqliyyatının işinin səmərəli təşkilini və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar qaydalarını müəyyən edir.

Təhlükəsizlik zonası Cəmiyyət tərəfindən aşağıdakı tələblər nəzərə alınmaqla təşkil edilir:

- təhlükəsizlik zonası daxilində müvafiq dəmiryol xəttinin oxunun soluna və sağına xətt boyu doqquz metr məsafədə yerləşən, hündürlüyü yer səthindən 2.20 metrdən çox olmayan qoruyucu çəpərlərin (qoruyucu torların) quraşdırılması;

- qoruyucu çəpərlərin (qoruyucu torların) fövqəladə hadisələrə, hərəkətdə olan dəmiryol nəqliyyat vasitələrinin yaratdığı təzyiqə, təmir zamanı avadanlıq yüklərinə, habelə digər daimi və müvəqqəti kənar təsirlərə dayanıqlı və mexaniki möhkəmliyə malik olması;

- təhlükəsizlik zonasının sərhədlərini, giriş məhdudiyyətlərini və mümkün təhlükələri aydın göstərən təhlükəsizlik nişanları və xəbərdarlıq lövhələri ilə təchiz edilməsi;

- təhlükəsizlik zonasına girişin (o cümlədən digər dövlət qurumlarının əməkdaşları tərəfindən) yalnız texniki keçidlər vasitəsilə həyata keçirilməsi.
 

Təhlükəsizlik zonasından insanların, nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz keçməsi üçün Cəmiyyət tərəfindən şəhərsalma və tikinti sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq avtomobil yolları ilə (küçələrlə) kəsişmələrdə dəmir yolu üzrə qatarların hərəkət tezlikləri və avtomobillərin hərəkət intensivlikləri nəzərə alınmaqla müxtəlif səviyyəli və yaxud qorunan təhlükəsiz xüsusi keçid yerləri təşkil edilməlidir.


Təhlükəsizlik zonasının mühafizəsini təşkil etmək üçün təhlükəsizlik zonası Cəmiyyət tərəfindən videomüşahidə vasitələri ilə təchiz edilməli və mütəmadi müşahidəsi həyata keçirilməlidir.

Qeyd edilən videomüşahidə vasitələri:

- fasiləsiz, 24/7 rejimində işləməlidir;

- görüntüləri qeydə almalı, arxivləşdirməli və monitorinqi təmin etməlidir.

Təhlükəsizlik zonasında dəmiryol nəqliyyatının normal istismarını pozan və yaxud dəmiryol nəqliyyatı infrastruktur obyektlərinin zədələnməsinə gətirib çıxara bilən işlərin görülməsinə və kənd təsərrüfatı heyvanlarının mövcudluğuna yol verilmir.

Təhlükəsizlik zonasında yerləşən torpaq sahələri fiziki və ya hüquqi şəxslərin istifadəsinə verilə bilməz. Həmin torpaq sahələrindən bostan və tərəvəz bitkilərinin becərilməsi, tez böyüyən yaşıllıqların əkilməsi, habelə örüş və ot çalımı, otlaq sahəsi, habelə heyvanların saxlanılması, bəslənilməsi və yetişdirilməsi və nəqliyyat təyinatından kənar digər məqsədlər üçün istifadə edilə bilməz. 

Təhlükəsizlik zonasında dəmiryol nəqliyyatı infrastruktur obyektlərinin tikintisi və yenidən qurulması, eləcə də xüsusi keçid yerlərinin tikintisi, mühəndis-kommunikasiya təminatı sistemlərinin, neft-qaz boru kəmərlərinin yerləşdirilməsi, keçirilməsi və təmiri, həmçinin ləğv edilmiş neft-qaz quyularına texniki xidmət işləri istisna olmaqla, digər təyinatlı qurğuların, bina və tikililərin (o cümlədən dəmir yol təyinatlı bina və digər tikililərə, dəmiryol nəqliyyatı infrastruktur obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə mane olan, dəmiryol xətti boyu görünməni pisləşdirən obyektlərin) yerləşdirilməsinə və tikilməsinə, eləcə də həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə yol verilmir.
 

Təhlükəsizlik zonasında dəmiryol nəqliyyatı infrastruktur obyektlərinin istismarı ilə birbaşa bağlı olmayan hər hansı müvəqqəti (onların torpağa bərkidilib-bərkidilməməsindən asılı olmayaraq), daşınan, modul və yığma qurğu və ya konstruksiyaların yerləşdirilməsinə və keçirilməsinə yol verilmir. Təhlükəsizlik zonası hüdudlarında yalnız dəmiryol nəqliyyatı infrastruktur obyektlərinin möhkəmliyinin və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər.


Təhlükəsizlik zonasında dəmiryol nəqliyyatı infrastruktur obyektlərinin dayanıqlığına və təhlükəsiz istismarına təsir göstərə biləcək hər hansı torpaq işlərinin (qazıntı, torpaq tökmə, hamarlama, relyefin dəyişdirilməsi və s.) aparılmasına yol verilmir.

Fövqəladə hallar baş verdikdə onların nəticələrinin aradan qaldırılması, habelə təhlükəsizlik zonasında yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərinin təhlükəsiz və fasiləsiz istismarının təmin edilməsi, onların üzərində qəza-bərpa, texniki xidmət və təmir işlərinin operativ həyata keçirilməsi üçün aidiyyəti qurumlarının əməkdaşlarının təhlükəsizlik zonasına girişinə və zəruri işlərin aparılmasına Cəmiyyət tərəfindən müvafiq şərait yaradılmalıdır.
 

Dəmir yolunun təhlükəsizlik zonasında təmir-bərpa işlərini həyata keçirən kənar şəxslərin və nəqliyyat vasitələrinin təhlükəsizlik zonasına daxil olması yalnız Cəmiyyətin razılığı ilə həyata keçirilir. Qeyd edilən razılığın alınması üçün nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi), təmir-bərpa işlərini həyata keçirən fiziki şəxs, hüquqi şəxsin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi Cəmiyyətə kağız daşıyıcıda və ya elektron qaydada (elektron poçt ünvanı və ya internet informasiya ehtiyatı üzərindən) müraciət edirlər.


Müraciətə təhlükəsizlik zonasına daxil olacaq fiziki şəxsin (şəxslərin) adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, səlahiyyətli nümayəndənin səlahiyyətini təsdiq edən sənəd (etibarnamə), hüquqi şəxsin adı, hüquqi ünvanı, həyata keçirəcəyi təmir bərpa işləri, həmin işlərin həyata keçirilmə səbəbləri, müddəti, tarixi və yeri, eləcə də nəqliyyat vasitəsinin markası və dövlət qeydiyyat nişanı barədə məlumatlar əlavə edilir.

Cəmiyyət tərəfindən müraciətə bir iş günü ərzində baxılaraq razılıq verilir, yaxud razılıq verilməsindən imtina edilir və bu barədə müraciət edən şəxsə məlumat təqdim olunur (müraciətin edildiyi və ya müraciətdə qeyd edilən üsulla).

Təhlükəsizlik zonasının, o cümlədən onun hüdudlarındakı torpaq sahələrinin istismarı (saxlanılması) ilə bağlı Cəmiyyət tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

- torpaqların su və külək eroziyasından, kol-kos basmaqdan, sellərdən, su basmaqdan, bataqlaşmaqdan, təkrar şoranlaşma, kipləşmə və quraqlıqdan, deflyasiyadan (süxurların küləyin gətirdiyi mineral hissəciklərlə aşınması), tullantılardan, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, səhralaşma, sürüşmələr, abraziya və digər dağıdıcı proseslərdən qorunması;

- torpaqlara ziyan vurmayan metodlardan istifadə etməklə torpaq sahələrinin saxlanılması;

- torpaqların fövqəladə hallardan mühafizəsi üzrə aqromeşəmeliorasiya, yanğına qarşı və digər zəruri tədbirlərin həyata keçirilməsi;

- ildə 2 dəfə (mövsüm dəyişmələri zamanı) qurumuş ağacların, alaq otlarının, yerə tökülmüş quru budaqların, onların kəsilmiş qalıqlarının və digər tezalışan materialların yığılmasının və təmizlənməsinin təmin edilməsi;

- meşədən və ya meşə zolağından keçən dəmir yollarının hər iki tərəfinin 10 metr məsafədə yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başladı

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başladı

Tayani Sofiyada italiyalı yəhudilərə qarşı hücumu pislədi

Tayani Sofiyada italiyalı yəhudilərə qarşı hücumu pislədi

Xaçmazda ağır cinayət törədən Bakı sakininə 20 il həbs cəzası verildi

Xaçmazda ağır cinayət törədən Bakı sakininə 20 il həbs cəzası verildi

Bakıda 2030-cu ilədək 9 yeni metro stansiyası inşa ediləcək

Bakıda 2030-cu ilədək 9 yeni metro stansiyası inşa ediləcək

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb – RƏSMİ

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb – RƏSMİ

Yüzlərlə toy təxirə salındı ­– evlənmək istəyənlər külli miqdarda ziyana düşdülər

Yüzlərlə toy təxirə salındı ­– evlənmək istəyənlər külli miqdarda ziyana düşdülər

Azərbaycanda bu il hasil olunan qaz kondensatının HƏCMİ

Azərbaycanda bu il hasil olunan qaz kondensatının HƏCMİ

Anar Ağakişiyevin çantasında “powerbank” partladı - Xəsarətlər aldı - VİDEO

Anar Ağakişiyevin çantasında “powerbank” partladı - Xəsarətlər aldı - VİDEO

Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO

Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO

Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəldi

Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəldi

Rafet Dalkıran Türkiyə Hərbi Hava Qüvvələrinin yeni komandanı təyin edildi

Rafet Dalkıran Türkiyə Hərbi Hava Qüvvələrinin yeni komandanı təyin edildi

Gürcüstan hakimiyyəti Saakaşvilinin partiyasını "cinayətkar qruplaşma" adlandırdı

Gürcüstan hakimiyyəti Saakaşvilinin partiyasını "cinayətkar qruplaşma" adlandırdı

Nazirlikdən açıqlama: Peşə təhsilinə qəbul üçün elektron attestat gözləməyin

Nazirlikdən açıqlama: Peşə təhsilinə qəbul üçün elektron attestat gözləməyin

Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəməsi başladı

Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəməsi başladı

19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO

19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO

Xerson sakini Rusiya dronunun hücumundan necə xilas olduğunu danışdı – VİDEO

Xerson sakini Rusiya dronunun hücumundan necə xilas olduğunu danışdı – VİDEO

"Qaçqınkom" Xocalının Almalı kəndinə köçürülmə ilə bağlı yayılan videomüraciətə münasibət bildirdi

"Qaçqınkom" Xocalının Almalı kəndinə köçürülmə ilə bağlı yayılan videomüraciətə münasibət bildirdi

Samvel Karapetyan: Paşinyan məni istəyimdən məhrum edə bilməz

Samvel Karapetyan: Paşinyan məni istəyimdən məhrum edə bilməz

Zelenski: Rusiya postsovet ölkələrindən ilk növbədə bizi sındırmaq istəyir

Zelenski: Rusiya postsovet ölkələrindən ilk növbədə bizi sındırmaq istəyir

Estoniya payızda Azərbaycanda səfirlik açacaq

Estoniya payızda Azərbaycanda səfirlik açacaq

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - FOTO

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - FOTO

Anna Akopyanı sosial şəbəkələrdə təhdid edirlər – ÖZÜNDƏN AÇIQLAMA – VİDEO

Anna Akopyanı sosial şəbəkələrdə təhdid edirlər – ÖZÜNDƏN AÇIQLAMA – VİDEO

Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - VİDEO

Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - VİDEO

O da "Uzak Şehir"də rol alacaq— FOTO

O da "Uzak Şehir"də rol alacaq— FOTO

End of content

No more pages to load

RADİO