İnsanlar niyə həkimə yox, sosial platformalara daha çox müraciət edirlər?- MARAQLI SƏBƏB

"Google" müasir dövrdə insanların ilk müraciət etdiyi informasiya mənbəyinə çevrilib. Gün ərzində milyonlarla insan cavab tapa bilmədiyi sualları axtarış sisteminə yazır. Azərbaycanlı istifadəçilərin axtarış vərdişləri də cəmiyyətin maraq dairəsini, gündəlik problemlərini, hətta ən qəribə düşüncələrini ortaya qoyur.

"Google"un avtomatik tamamlama sistemi, axtarış tendensiyaları və müxtəlif SEO platformalarının məlumatları göstərir ki, azərbaycanlılar yalnız xəbər və ya hava proqnozu deyil, bəzən olduqca maraqlı, qeyri-adi və gülməli suallara da cavab axtarırlar.

Axtarışlarda ən çox diqqət çəkən mövzulardan biri insan orqanizmi ilə bağlı suallardır.

İstifadəçilər “Niyə yuxuda danışırıq?”, “Niyə göz qapağı atır?”, “İnsan niyə əsnəyir?”, “Ürək niyə sürətlə döyünür?” kimi sualları tez-tez "Google"da axtarırlar. Bu da insanların sağlamlıqları ilə bağlı narahatlıqlarını ilk növbədə internet vasitəsilə aradan qaldırmağa çalışdıqlarını göstərir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib ki, internet və süni intellekt platformaları insanların gündəlik həyatının bir hissəsinə çevrilib:

 

“İnsanlar sağlamlıqları ilə bağlı suallara cavab tapmaq üçün ən çox “Google” və “ChatGPT”-yə üz tuturlar. Bunun da bir neçə səbəbi var. Əvvəla, insanlar sağlamlıqları ilə bağlı bir narahatlıq yarananda mümkün qədər tez məlumat almaq istəyirlər. Həkim qəbulunu gözləmədən simptomlar, xəstəliklər, dərmanlar barədə ilkin məlumat axtarırlar.

Digər mühüm səbəb səhiyyə sahəsində davamlı mütaliə hesabına müəyyən infiormasiya resursu əldə edərək   özünə arxayınlıq prinsiplərinə etina etməkdir. Tibb sahəsində oradan-buradan müəyyən qədər qeyri-səhih və minimal bilik əldə edən qeyri- həkimlər internet resurslarının imkanlarından istifadə etməklə çox vaxt özlərini ən savadlı “həkim” kimi də dəyərləndirirlər.

Hətta başqalarına da tövsiyyələr verirlər. Bu da bir çox hallarda geriyə dönüşü olmayan sonuclara səbəb olur. Və belə vəziyyətdə həmin xəstə və onun yaxınları gecikmiş patologiyalarla həkimin üzərinə cumurlar. Həkim isə vaxtın çox ötürüldüyüny, patoloji prosesin gecikdiyini söylədikdə olur “pis həkim”.

Asan məsləhət taktikası

Müsahibimiz əlavə edib ki, insanlar xəstəliklərin qarşısının alınması, sağlam qidalanma, vitaminlər, xroniki xəstəliklər və sağlam həyat tərzi barədə daha çox öyrənmək istəyirlər:

“Bu maraq onları axtarış sistemlərinə yönəldir. Süni intellekt platformalarının, xüsusilə ChatGPT-nin populyarlaşması da bu tendensiyanı gücləndirib. İstifadəçilər suallarını həm daha sadə dillə verə, həm də cavabları öz anlayış səviyyələrinə uyğun şəkildə ala bilirlər. Bu da ənənəvi axtarış sistemlərindən fərqli olaraq daha interaktiv ünsiyyət yaradır.

Amma nəzərə almaq lazımdır ki, internetdə çoxlu yanlış və ya elmi əsas olmayan məlumatlar da dolaşır. Buna görə də, etibarlı mənbələrdən və həkim məsləhətindən istifadə etmək mütləqdir. “Google” və “ChatGPT” həkim müayinəsini əvəz etmir. Bunlar yalnız maarifləndirmək və ilkin məlumat almaq üçündür. Dəqiq diaqnoz, müalicə və dərman təyinatı yalnız həkimin kliniki müayinəsi və laborator nəticələr əsasında aparılmalıdır.

Ümumilikdə, sağlamlıqla bağlı axtarışların artması insanların öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşmasının göstəricisidir. Sadəcə unutmayaq ki, internetdəki hər məlumat düzgün olmaya bilər və ciddi simptomlar olanda vaxt itirmədən həkimə getmək vacibdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO